Ölkə

Azərbaycanda ən çox bu xəstəlik can alır

Azərbaycanda əhali arasında qeydə alınan ölüm hallarının əsas səbəbləri məlum olub. Dövlət Statistika Komitəsinin, Səhiyyə Nazirliyi və TƏBİB-in rəsmi hesabatlarına istinadən aparılan təhlillər göstərir ki, ölkədə ölüm göstəricilərində müsbət dinamika – azalma meyli müşahidə olunsa da, bəzi xəstəliklər hələ də ölüm səbəbləri arasında ilk sıralardakı yerini qoruyur.

AZERFAX.AZ xəbər verir ki, rəsmi məlumatlara görə, ötən il ölkədə ümumilikdə 58 909 ölüm halı qeydə alınıb. Onlardan 32 436 nəfəri kişi, 26 473 nəfəri isə qadın olub. Əhalinin hər 1000 nəfərinə düşən ölüm əmsalı azalaraq 5,9-dan 5,8-ə düşüb.

Statistik göstəricilər birmənalı şəkildə təsdiqləyir ki, azərbaycanlılar ən çox qan dövranı sistemi xəstəliklərindən (ürək-damar xəstəlikləri, infarkt, insult) dünyasını dəyişir. Belə ki, ötən il ölənlərin yarıdan çoxu məhz bu problemin qurbanı olub. Qan dövranı xəstəlikləri səbəbindən dünyasını dəyişənlərin 17 119 nəfərini kişilər, 16 170 nəfərini isə qadınlar təşkil edib.

Rəsmi məlumatllara görə, ikinci yerdə xərçəng gəlir. Xərçəng şişi xəstəlikləri hələ də təhlükəli bəla olaraq qalır. İl ərzində 9 681 nəfər məhz onkoloji xəstəliklər səbəbindən həyatını itirib.

Səhiyyə qurumlarının birgə hesabatlarında ölüm hallarına təsir edən digər əsas amillər və xəstəliklər arasında travmalar, zəhərlənmələr və xarici səbəblər (bədbəxt hadisələr, qəzalar) öncüllük təşkil edir. Ötən il travmalar, zəhərlənmələr və xarici səbəblərdən 2 714 nəfər vəfat edib. Həminin 1 964 nəfər həzm sisteminin xəstəliklərinin, 1450 nəfər isə tənəffüs sistemi xəstəliklərinin qurbanı olub.

Ən az ölüm halı isə bəzi infeksion və parazitar xəstəliklər səbəbindən (cəmi 554 nəfər) qeydə alınıb.

TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri vurğulayırlar ki, qan dövranı və tənəffüs sistemi xəstəliklərinin vaxtında aşkarlanması üçün əhalinin mütəmadi olaraq profilaktik icbari tibbi müayinələrdən keçməsi həyati əhəmiyyət daşıyır. Vaxtında qoyulan diaqnoz bu qorxulu statistikanın xeyli azalmasını təmin edə bilər.

Nazim Hüseynzadə / AZERFAX.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button