Ölkə
Azərbaycanda dəhşətli qəza – Beş nəfər həyatını itirdi / YENİLƏNİB


Hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
AZERFAX.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza nəticəsində 3-ü uşaq, 2-si böyük olmaqla ümumilikdə 5 nəfər hadisə yerində həlak olub.
Dünyasını dəyişən şəxslərin Şəmkir rayonunun Sarıtəpə kənd sakinləri olduğu bildirilir.
***18:40
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZERFAX.AZ xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan VAZ-2106 markalı avtomobillə KIA markalı minik avtomobili toqquşub.Qəza nəticəsində dörd nəfər ölüb, xəsarət alanlar var.
Hadisə ilə bağlı araşdırma aparılır.



