Ölkə
Azərbaycanda sarı və narıncı xəbərdarlıq verildi

İyunun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.
Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Gəncə, Ağstafa, Qazax, Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Salyan, Şirvan, Şabran, Xızı, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



