Azərbaycanın karbamid ixracı 46 % azalıb

Bu ilin ilk 4 ayında Azərbaycan 34,6 milyonABŞ dolları dəyərində 92 min 73 ton karbamid ixrac edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Aparılan hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 46 %, kəmiyyət olaraq – 57 % azdır.
Hesabat dövründə Azərbaycan Ukraynaya 29,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 38 % az) 76 min 768ton (-52 %), Rumıniyaya 3,2 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 10 min 570 ton (+2,1 dəfə), Türkiyəyə 575,1 min ABŞ dolları dəyərində (-29 %) 1 min 693 ton (-44 %), İsrailə 450 min ABŞ dolları dəyərində 1 min 500 ton (1 il əvvəl tədarük olmayıb), Yunanıstana 306 min ABŞ dolları dəyərində 1 min ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.
Azərbaycan 2 il 2 aylıq fasilənin ardından İtaliyaya tədarükü (7,9 min ABŞ dolları dəyərində 22,5 ton) bərpa edib.
2025-ci ildə Azərbaycandan ixrac edilmiş 543 min 532 ton karbamidin 72,4 %-i Ukraynanın payına düşüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



