Ölkə

Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik

Moldova Azərbaycanla ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Nazirlik Moldovanın Müstəqillik Günü münasibətilə səmimi təbriklərə görə Azərbaycana təşəkkür edib.

“Biz ölkələrimiz arasında dostluğu, əməkdaşlığı yüksək qiymətləndiririk və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik”, – paylaşımda qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button