Ölkə

Bərk hallı batareyalar avtomobillərdən öncə telefonlara gələ bilər

Bərk hallı batareyalar elektrikli avtomobillərdən əvvəl smartfonlarda geniş yayıla bilər.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “LG Energy Solution” şirkəti məlumat yayıb.

Şirkətin Şimali Amerika üzrə prezidenti Robert Li bildirib ki, əsas problem texnologiyanın kütləvi istehsala keçirilməsidir. Kiçik batareyaların istehsalı daha asan olsa da, iri hüceyrələrdə çətinliklər yaranır.

Onun sözlərinə görə, bərk hallı batareyalar elektrikli avtomobillərdən təxminən 10 il əvvəl smartfonlarda istifadə oluna bilər. Dronlar və xüsusi təyinatlı nəqliyyat vasitələri də ilk tətbiq sahələri arasında olacaq.

Qeyd edək ki, “Mercedes-Benz”, “BMW” və “Stellantis” artıq bərk və yarımbərk hallı batareyaları prototip avtomobillərdə sınaqdan keçirir. Çində isə “BYD”, “CATL” və “Geely” 2027-ci ildə pilot istehsala başlamağı planlaşdırır.

Related Articles

Bir cavab yazın

Back to top button