Ölkə
Bakıda məişət tullantıları yığılmış ərazi yanır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



