Ölkə

Bakıda meteor yağışı müşahidə ediləcək


Bu gecə Bakıda meteor yağışını müşahidə etmək mümkün olacaq.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, Eta-Akuariid meteor yağışının Bakıdan ən yaxşı müşahidə vaxtı saat 02:15-05:00 arası olacaq.


Yağışın mənbəyi maksimumda Bakı üçün üfüqdən 29° hündürlükdə olacaq. İdeal şəraitdə gözlənilən meteor sayı saatda 40-a çatacaq. Bakıda isə bir saatda maksimum 19-20 meteor müşahidə edilə bilər.

Eta-Akuariid meteor yağışı 2025-ci ildə gözlənilən ən gözəl təbiət hadisələrindən biridir.

Qeyd edək ki, Eta-Akuariid meteor yağışı hər il Yerin Halley kometinin orbitində buraxdığı toz hissəciklərinin içindən keçməsi nəticəsində yaranır. Bu hissəciklər Yer atmosferinə daxil olduqda parlaq işıqlı izlər – “axan ulduzlar” əmələ gətirir.

Eta-Akuariid yağışının mənşəyi Halley kometidir. Bu, astronomiyada müşahidə olunmuş ən qədim kometlərdən biridir. Maraqlıdır ki, Halley kometi həm mayda müşahidə olunan Eta-Akuariid, həm də oktyabrda baş verən Orionid meteor yağışlarının səbəbidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button