Ölkə
Bakıda Tibb Universitetinin yataqxanasında qadın ölü tapıldı


Bakıda Azərbaycan Tibb Universitetinin yataqxanasında bir qadının ölüm faktı qeydə alınıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Məlumata görə, noyabrın 14-də saat 15:00 radələrində Nəsimi rayonu ərazisində yerləşən universitetin yataqxanasından təcili tibbi yardıma çağırış daxil olub. Hadisə yerinə göndərilən briqada bir nəfər qadının həkiməqədər ölüm faktını qeydə alıb.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
APA-nın məlumatına görə, vəfat edən universitetin 17 yaşlı tələbəsidir.
Qeyd edək ki, ölümün səbəbi rəsmi olaraq açıqlanmayıb, xəbər yenilənəcək.



