“Barselona” səfərdə 4 qol vurdu, “Bavariya” xal itirdi


UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda ilk oyunlar keçirilib.
AZERFAX.AZ xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.
“Sabah”ın rəqiblərindən “Barselona” səfərdə “Qalatasaray”ı 4:1 hesabı ilə məğlub edib. “Arsenal” doğma meydanda “Lill”dən üstün olub. “Vikinq”lə “Bavariya” arasında görüş heç-heçə ilə başa çatıb. “Napoli” isə səfərdə “Vilyarreal”a 1:3 hesabı ilə uduzub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
13 oktyabr
20:45. “Lans” (Fransa) – “Sportinq” (Portuqaliya) – 0:2
20:45. “Sabah” (Azərbaycan) – “Slaviya” (Çexiya) – 2:0
23:00. “İnter” (İtaliya) – “Brügge” (Belçika) – 3:4
23:00. “Arsenal” (İngiltərə) – “Lill” (Fransa) – 3:0
23:00. “Atletiko” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 2:0
23:00. “Leyptsiq” (Almaniya) – PSV (Niderland) – 1:0
23:00. “Vilyarreal” (İspaniya) – “Napoli” (İtaliya) – 3:1
23:00. “Qalatasaray” (Türkiyə) – “Barselona” (İspaniya) – 1:4
23:00. “Vikinq” (Norveç) – “Bavariya” (Almaniya) – 3:3



