AZERFAX TV

Papanın ağciyərinin bir hissəsi çıxarıldı

Əməliyyat zamanı Roma Papası XIV Leonun ağciyərinin bir hissəsi kəsilib götürülüb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sağ ağciyərin aşağı payı çıxarılıb. Əməliyyat zamanı videoassistentlik texnikasından istifadə olunub. Təcili histoloji müayinə əməliyyatdanəvvəlki müayinələrin nəticələrinə əsasən qoyulmuş ağciyər adenokarsinoması (bədxassəli şiş) diaqnozunu təsdiqləyib.

Cərrahiyyə əməliyyatı uğurla keçib, fəsadlaşma olmayıb. Pontifik əməliyyat otağında üç saata yaxın vaxt keçirib, əməliyyatın özü isə təxminən saat yarım davam edib. Əməliyyatdan sonra XIV Leo ştat rejimində huşuna gəlib və qısa müşahidədən sonra Romanın Aqostino Cemelli adına klinikasının onuncu mərtəbəsindəki palatasına qaytarılıb.

Roma Papası xəstəliyi barədə ənənəvi bazar günü xütbəsi zamanı elan etmişdi. O bildirmişdi ki, ağciyərlərindəki kiçik bərkimə kəsilib götürülməlidir. Onun sözlərinə görə, düyün erkən mərhələdə aşkarlanıb, kiçikdir və təcrid olunmuş vəziyyətdədir.

xxx

22:12 – 13.10.2026

Papa XIV Leo ağciyər düyününün çıxarılması üçün əməliyyat keçirib.

AZERFAX.AZ xəbərn verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.

Xidmətdən verilən məlumata görə, əməliyyat uğurlu keçib.

“Papa palataya qayıdıb” – bəyanatda deyilir:

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button