Ölkə

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ-a sərt reaksiya

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ABŞ-ın məhkəmənin nümayəndələrinə qarşı tətbiq etdiyi sanksiyaların beynəlxalq hüquq nizamını təhdid etdiyini bildirib.

AZERFAX.AZ xəbər verir ki, açıqlamada qeyd olunub ki, hakim və digər məhkəmə rəsmilərinin qanuna uyğun fəaliyyət göstərdikləri üçün təhdid olunması beynəlxalq hüquq sisteminin özünü təhlükə altına qoyur.

ABŞ Maliyyə Nazirliyi daha əvvəl BCM-in sədri Tomoko Akane və prokuror Abdullay Seyə qarşı sanksiyalar tətbiq edib. ABŞ dövlət katibi Marko Rubio bu addımın amerikalıları “saxta məhkəmədən” qorumaq məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin fevralında BCM-ə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan sərəncam imzalayıb. ABŞ Roma Statutunun tərəfi deyil və BCM-in amerikalı vətəndaşlar üzərində yurisdiksiyasını tanımadığını dəfələrlə açıqlayıb.

BCM isə Roma Statutuna əsasən soyqırım, hərbi cinayətlər və digər ağır beynəlxalq cinayətlərə görə məsul şəxslər barəsində araşdırma və mühakimə aparmaq səlahiyyətinə malikdir.

Related Articles

Bir cavab yazın

Back to top button