Böyük transfer üçün bütün imkanlarını səfərbər etdi


“Fənərbaxça” milli futbolçu Can Uzunu transfer etmək üçün “Ayntraxt Frankfurt”la danışıqları davam etdirir.
AZERFAX.AZ xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 45 milyon avroya qədər təklif irəli sürüb. Almaniya klubunun daha əvvəl “Qalatasaray”ın 35 milyon avroluq təklifini qəbul etmədiyi bildirilir. Transferin son saatlarında “Fənərbaxça” rəhbərliyinin danışıqları sürətləndirdiyi qeyd olunur. Bildirilir ki, klub prezidenti Əziz Yıldırım və komandasının nümayəndələri Can Uzunun ailəsi ilə onların dogma yurdu Samsunda görüşüb. Məlumata görə, görüşdə futbolçunun “Fənərbaxça”ya keçidi ilə bağlı ailənin dəstəyinin alınması müzakirə olunub.
Can Uzunun ailəsinin bu transferə razılıq verdiyi iddia edilir. Bildirilir ki, 20 yaşlı futbolçu da karyerasında yeni mərhələyə başlamaq variantına müsbət baxır.



