Ölkə
Bu ərazidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


Aparılacaq təmir işləri ilə əlaqədar 14 sentyabr saat 6:00-dan etibarən Binəqədi rayonu, Xocasən qəsəbəsi, Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir səbəbilə sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər. Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.



