Bu 3 bürc üçün bolluq olacaq


Astroloji proqnozlara görə, avqust ayında daha üç bürc üçün uğurlu dəyişikliklər gözlənilir.
AZERFAX.AZ xəbər verir ki, buğa, əqrəb və dolçalar üçün bu ay xüsusilə əlamətdar olacaq.
Buğa: Avqustun ilk həftəsindən Buğalar üçün maliyyə və bolluq baxımından əlverişli dövr başlayacaq. Daşınmaz əmlak, ev-məişət məsələləri və uzunmüddətli investisiyalarda uğurlu imkanlar yarana bilər. Ayın ortalarından etibarən maliyyə narahatlıqları yerini sabitliyə verə bilər.
Əqrəb: Avqust Əqrəblər üçün karyerada yüksəliş və nüfuz artımı dövrü olacaq. Uzun müddətdir göstərdikləri səylərin nəticəsini görməyə başlaya bilərlər. Ayın ikinci yarısında yeni tərəfdaşlıqlar və nüfuzlu şəxslərdən gələn dəstək ön plana çıxa bilər.
Dolça: Avqust Dolçalar üçün durğunluğun sona çatdığı və yeni qərarların verildiyi mərhələ olacaq. Şəxsi layihələr, sosial əlaqələr və texnologiya sahəsində mühüm dəyişikliklər yaşana bilər. Bu dövrdən etibarən həyatlarında proseslərin sürətlənməsi gözlənilir.



