Ölkə
Qətər əmiri Trampı ABŞ-İran razılaşmasına əməl etməyə çağırıb


Qətər əmiri Təmim bin Həməd Al Tani ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
AZERFAX.AZ xəbər verir ki, Qətər əmirinin dəftərxanasının yaydığı məlumata görə, tərəflər regional vəziyyəti, xüsusilə ABŞ və İran arasında yaranmış qarşıdurmanın deeskalasiyası istiqamətində görülən tədbirləri və fikir ayrılıqlarının aradan qaldırılması səylərini müzakirə ediblər.
Təmim bin Həməd Al Tani münaqişə tərəfləri arasında dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin ABŞ və İranın iyun ayında əldə etdiyi anlaşma memorandumuna əməl edilməsinə çağırıb.
Donald Tramp isə Qətərin diplomatik səylərdə və tərəflər arasında dialoqun təşviqində oynadığı rolu yüksək qiymətləndirib.



