Bu ağır xəstəlik icbari sığorta hesabına müalicə edilə bilər


Azərbaycanda vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə deputat Soltan Məmmədov Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında təkliflə çıxış edib.
Deputat, həmçinin vurğulayıb ki, bu il Səhiyyə Nazirliyi vərəmə qarşı mübarizə üzrə yeni, növbəti strategiyanı hazırlayıb və təsdiq üçün dövlətə təqdim edəcək:
“Bu günə qədər dövlət proqramı çərçivəsində maliyyələşdirilən vərəmin bundan sonra artıq icbari tibbi sığortanın bir hissəsi olaraq inteqrasiya olunması, yeni strategiyanın qəbul olunması və bundan sonrakı addımların müəyyənləşdirilməsi, xüsusilə illərdir Azərbaycanın Qlobal Fondla bu istiqamətdə aktiv əməkdaşlıq etdiyi bir şəraitdə önəmli addım olacaq”.
S.Məmmədov qeyd edib ki, vərəmlə bağlı müzakirə və dinləmə keçiriləcək:
“Dinləmənin keçirilməsi və lazım olan addımların müəyyən olunması, düşünürəm ki, həyata keçiriləcək ən önəmli addımlardan biridir”.



