Ölkə

Bu il Azərbaycanda 4.0 Sənaye Mərkəzi yaradılacaq.

Azerfax.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov 2024-cü ilin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O əlavə edib: “4.0 Sənaye Mərkəzi özəl və dövlət sektorunun nümayəndələrinə müxtəlif layihələrlə tanış olmaq imkanı verəcək. Orada texnoloji şirkətlər öz məhsullarını təqdim edəcək, startapların da iştirakı təmin olunacaq. Mərkəz 5000-dən çox insana rəqəmsal bacarıqlar öyrədəcək”.

F.Cəfərov qeyd edib ki, hazırda Dördüncü Sənaye İnqilabının innovasiyalarını həyata keçirən şirkətlərin reyestri yaradılır. Beləliklə, 4.0 Sənaye platforması anbar xərclərini 20-40 faiz azaldacaq və məhsuldarlığı 15-30 faiz artıracaq. (Azərtac)

AZERFAX.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button