Ölkə

Bu kredit ittifaqının lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “İşgüzar Kredit İttifaqı” MMC-nin kredit ittifaqı kimi fəaliyyət göstərməsi üçün verilmiş lisenziya ləğv edilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Qərardan sonra Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən kredit ittifaqlarının sayı 35-ə düşüb.

Hələ ötən il sözügedən kredit ittifaqında aparılmış yoxlamalar zamanı 2024-cü il üzrə kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarınının AMB-yə təqdim edilməməsi məlum olub.

Belə ki, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinə əsasən kredit ittifaqları maliyyə hesabatlarını kənar auditdən keçirməlidir. “İşgüzar Kredit İttifaqı”nın 2024-cü il üzrə kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etməməsi həmin tələbin pozulması ilə nəticələnib.

Bununla əlaqədar AMB ötən ilin iyun ayında kredit ittifaqına icrası məcburi olan göstəriş verib. Göstərişə əsasən, 2024-cü il üzrə maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə bu barədə AMB-yə rəsmi məlumat verilməsi tələb olunub.

“İşgüzar Kredit İttifaqı” MMC 2010-cu ildə yaradılıb və Bakıda fəaliyyət göstərib. Kredit ittifaqının nizamnamə kapitalı 4 min manatdır.

Qeyd edək ki, kredit ittifaqı fiziki şəxslərin və kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini birləşdirərək qarşılıqlı kreditləşmə məqsədilə yaratdıqları bank olmayan kredit təşkilatıdır.

Hazırda Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən kredit ittifaqları aşağıdakılardır:

Aqil Kredit İttifaqı

Aqra-Kredit İttifaqı

AQRO Kredit İttifaqı

ARAN Kredit İttifaqı

Aşıxlı Kredit İttifaqı

Bərəkət Kredit İttifaqı

DOSTLAR MM Kredit İttifaqı

El gücü Kredit İttifaqı

ELİT Kredit İttifaqı

Əmanət Kredit İttifaqı

FİNANS Kredit İttifaqı

Hacı Kredit İttifaqı

Hacıoğlu Kredit İttifaqı

Hikmət Ziya Kredit İttifaqı

Hindarx Kredit İttifaqı

İDEAL KREDO Kredit İttifaqı

Kapital Kredit İttifaqı

İsmayıl Kredit İttifaqı

İst İnvest Kredit İttifaqı

Ləman Kredit İttifaqı

Masallı Kredit İttifaqı

Nərgiz Kredit İttifaqı

Prins Kredit İttifaqı

Qovlar Kredit İttifaqı

REFINANCE Kredit İttifaqı

Sevinc Kredit İttifaqı

Stimul Kredit İttifaqı

TAC Kredit İttifaqı

Tərəqqi Kredit İttifaqı

Tovuz Kredit İttifaqı

Xəzər Kredit İttifaqı

Yeni Daşkənd Kredit İttifaqı

Zirvə Kredit İttifaqı

Total Finans Kredit İttifaqı

İnvestra Kredit İttifaqı

Related Articles

Bir cavab yazın

Back to top button