Ölkə

Bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Təmir işləri ilə əlaqədar Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Bu barədə AZERFAX.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, məhdudiyyətlər aşağıdakı ünvanlarda tətbiq olunacaq:

-Suraxanı rayonu, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsi – avqustun 27-si saat 22:00-dan;

-Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsi – avqustun 27-si saat 22:00-dan;

-Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi – avqustun 28-i saat 20:00-dan;

-Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan 600 metrlik hissəsi – avqustun 28-i saat 20:00-dan;

-Mixail Kaveroçkin küçəsinin Ceyhun Hacıbəyli küçəsindən Ü. Bünyadzadə küçəsinədək olan hissəsi – avqustun 31-i saat 16:00-dan.

Related Articles

Bir cavab yazın

Back to top button