Ölkə

Bu ölkədə heç kimin ev dərdi yoxdur

Dünyanın ən bahalı ölkələrindən biri hesab olunan Sinqapurda aztəminatlı insanların mənzil problemi ilə üzləşməməsi üçün geniş sosial mənzil sistemi yaradılıb.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, ölkə əhalisinin 77,2 faizi dövlət tərəfindən inşa edilən sosial mənzillərdə yaşayır. Aztəminatlı vətəndaşlar üçün nəzərdə tutulan mənzillərdə aylıq kirayə haqqı isə 26 Sinqapur dollarından, yəni təxminən 994 manatdan başlayır.

Sinqapurda sosial mənzil siyasəti Konut və İnkişaf Şurası (HDB) vasitəsilə həyata keçirilir. Bu siyasətin nəticəsində ölkədə gecəqondular və qeyri-qanuni yaşayış məntəqələri faktiki olaraq aradan qaldırılıb.

Dövlətin sosial mənzilləri aztəminatlı ailələr, yaşlılar və sosial yardımdan yararlanan şəxslər üçün müxtəlif imkanlar təqdim edir. Aylıq kirayə haqqı mənzilin yerləşdiyi əraziyə və xüsusiyyətlərinə görə 26-275 Sinqapur dolları arasında dəyişir.

Mənzillər əsasən nəqliyyat, məktəb və səhiyyə infrastrukturuna yaxın ərazilərdə yerləşir. Bununla da aztəminatlı ailələrin şəhər həyatından təcrid olunmasının qarşısı alınır.

Related Articles

Bir cavab yazın

Back to top button