Ölkə

Bu ölkədə matəm elan edildi

İspaniyanın Əndəlusiya bölgəsində baş verən güclü meşə yanğını çoxsaylı insan itkisinə səbəb olub.

AZERFAX.AZ xəbər verir ki, Almeriya vilayətinin Los-Qalyardos qəsəbəsi yaxınlığında qeydə alınan hadisədən sonra bölgədə üçgünlük matəm elan edilib. Bu barədə Əndəlusiya muxtar icmasının rəhbəri Xuanma Moreno məlumat verib. Məlumata görə, yanğın nəticəsində azı 12 nəfər həyatını itirib. 23 nəfərin taleyi barədə məlumat yoxdur.

Ərazidə axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir. Məlumata görə, həlak olanların əksəriyyətinin xarici ölkə vətəndaşlarıdır. Bildirilir ki, bəzi şəxslər təhlükəsiz sığınacaqda qalmaq barədə edilən xəbərdarlıqlara baxmayaraq avtomobillərlə ərazidən çıxmağa cəhd göstəriblər. İspaniyanın Baş naziri Pedro Sançes faciə ilə əlaqədar həlak olanların ailələrinə başsağlığı verib və yanğınla mübarizə aparan xilasedicilərə təşəkkür edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button