Bu rayonda 9 saat qaz olmayacaq

Sabah Göyçayın bir neçə kəndlərində təbii qaz təchizatında fasilələr yaranacaq.
AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə Göyçay rayon İcra Hakimiyyətinin rəsmi səhifəsində paylaşım olunub.
Qeyd edilib ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 19.06.2026-cı il tarixdə səhər saat 10:00-dan 17:00-dək təbii qaz xətlərində aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq rayonun İkinci Ərəbcəbirli, Mirzəhüseynli, Qarabağlar, Şəhadət, Üngütlü, Mallı Şıxlı, Ərəbşahverdi, Müskürlü, Qəbələ Müskürlü, Çərəkə, Çərəcə, Şıxlar, Yeniarx, Hacıağabəyli və Xəlitli kəndlərinin mavi yanacaqla təchizatında fasilə yaranacaq.
Davud Tarverdiyev / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



