Ölkə
“Çevik” ləqəbli tiktoker həbs olundu


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Məqsəd Məcid oğlu Bağırov və Kamran Ramiz oğlu Bilalov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
AZERFAX.AZ xəbər verir ki, onlar Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan ediliblər.
Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində təqsirli bilinirlər.



