Ölkə

Dənizin dibinə 200 mindən çox ağac əkdi, inanılmazdı bacardı

Dənizin dibinə 200 mindən çox mərcan əkən Ken Nedimyerin hazırladığı üsul bölgədə dəniz həyatının bərpasına kömək edib.

AZERFAX.AZ xəbər verir ki, hadisə 2000-ci ildə Nedimyerin qızının məktəb layihəsinə kömək etməsi zamanı başlayıb. Florida Keys sularında aparılan araşdırmalar nəticəsində fırtına və xəstəliklər səbəbindən məhv olmaqda olan mərcanların xüsusi konstruksiyalarda daha sürətlə böyüdüyü müəyyənləşdirilib. Məlumata görə, dənizin dibində sürüklənən qırıq mərcan parçalarını yaşatmaq cəhdi sonradan “Mərcan ağacları” adlandırılan metoda Məlumata görə, bu üsulda mərcanlar birbaşa dənizin dibində deyil, açıq sularda xüsusi konstruksiyalarda asılı vəziyyətdə saxlanılır. Nedimyer 2007-ci ildə Mərcan Bərpası Fondunu yaradaraq layihəni daha geniş miqyasda həyata keçirməyə başlayıb. 2022-ci ilə qədər onun komandası dəniz dibinə 200 mindən çox mərcan yerləşdirib.

Məlumata görə, bərpa olunan ərazilərdəki mərcanların illər sonra ilk dəfə təbii şəkildə çoxalmağa başlaması layihənin ən mühüm nəticələrindən biri olub. Hazırda bu üsul müxtəlif bölgələrdə mərcan riflərinin bərpası üçün tətbiq edilir.

Related Articles

Bir cavab yazın

Back to top button