Ölkə

Deputat tələbəsinin toyunda iştirak etdi

Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan İlahiyyat İnstitutunda tələbəsi olmuş Fərid Qasımzadənin toy məclisində iştirak edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə millət vəkili özünün sosial şəbəkə hesabında paylaşım edib. Keçmiş tələbəsini Azərbaycanın perspektivli ilahiyyatçılarından biri kimi xarakterizə edən Ceyhun Məmmədov onun ünvanına xoş sözlər səsləndirib. Millət vəkili cütlüyü təbrik edib, onlara möhkəm cansağlığı, əbədi xoşbəxtlik arzulayıb.

Toy məclisində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov da iştirak edib.

Related Articles

Bir cavab yazın

Back to top button