“Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb


UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Polşanın Lublin şəhərində üz-üzə gələn Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.
Mətbuat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Lublin Arena”da Bakı vaxtı ilə saat 21:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Dinamo”: 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 94. Tomaş Kendziora, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko;
Baş məşqçi: İqor Kostyuk.
“Qarabağ”: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 2. Mateus Silva, 25. Cebrail Mekreskis, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 29. Renaldo Sefas;
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də Bakıda təşkil olunacaq.



