Ölkə

“Əl-Hilal” Benzema ilə yollarını ayırdı

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Kərim Benzema ilə yollarını ayırıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Bildirilib ki, klub 38 yaşlı hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib. Bununla da fransalı futbolçu azad agent olub. Benzema “Əl-Hilal”da keçirdiyi müddətdə komandaya verdiyi töhfələrlə yadda qalıb. Klub onun peşəkarlığını və liderlik xüsusiyyətlərini yüksək qiymətləndirib.

Səudiyyə təmsilçisi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib. “Əl-Hilal” Benzemanın karyerasının bundan sonrakı mərhələsində uğurlar arzulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button