Ölkə

Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri dayandırdı

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyinin açıqlaması ölkənin rəsmi xəbər agentliyi APS-də yayımlanıb. Bildirilib ki, iki ölkə arasındakı münasibətlərin qorunması üçün bütün imkanlar tükəndikdən sonra BƏƏ ilə diplomatik əlaqələr dayandırılıb. Açıqlamada BƏƏ-nin artan “təxribatçı və düşmənçilik xarakterli” addımlarına qarşı Əlcəzairin təmkinli və məsuliyyətli mövqe nümayiş etdirdiyi qeyd olunub. Məlumata görə, Əlcəzair tərəfi BƏƏ-ni dəfələrlə xəbərdar etsə də, qarşı tərəf bu addımlarında israr edib. Əlcəzair Xarici İşlər Nazirliyi bildirib ki, BƏƏ-nin hərəkətləri iki suveren dövlət arasındakı münasibətlər çərçivəsində artıq qəbul edilə və cavabsız buraxıla biləcək həddi keçib.

Açıqlamada deyilir ki, BƏƏ-nin Əlcəzairdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.

Related Articles

Bir cavab yazın

Back to top button