Ölkə

Əraqçi Uitkoffa Hörmüzün açılması şərtlərini açıqladı

ABŞ nümayəndəsinin israrı ilə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə Ağ Ev rəhbəri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında arasında görüş keçirilib.

AZERFAX.AZ IRIB-yə istiandən xəbər verir ki, görüşdə Hörmüz boğazının yenidən açılması müzakirə olunub.

“Uitkoffun bu görüşlə bağlı müraciətinin qəbul edilməsinə səbəb Hörmüz boğazının yenidən açılması üçün İranın şərtlərinin çatdırılması olub”, – məlumatda vurğulanıb.

Bildirilib ki, bu görüşdə İranın qəti mövqeləri ABŞ nümayəndəsinə çatdırılıb:

“Dəniz mühasirəsinin dərhal ləğv edilməsi, İranın bloklanmış bütün aktivlərinin dərhal ödənilməsi və bütün müqavimət cəbhələrində müharibənin sona çatması İranın Hörmüz boğazının yenidən açılması üçün şərtləri sırasındadır”.

Xatırladaq ki, Tramp Nyu-Yorkda ABŞ və İran rəsmilərinin görüşdüyünü, müzakirələrin üç saat davam etdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button