Ölkə

Fəlakətin qarşısını almaq üçün 680 min ağac əkdilər

Yaponiyada sunami riski yüksək olan sahil ərazilərində beton divarlarla yanaşı, ağaclardan ibarət təbii müdafiə zolaqları yaradılır.

AZERFAX.AZ xəbər verir ki, “Chinju no Mori” layihəsi çərçivəsində son 14 ildə sahilboyu ərazilərdə 680 mindən çox ağac əkilib. Məlumata görə, məqsəd gələcək sunamilərin yaşayış məntəqələrinə çatmadan əvvəl sürətini və dağıdıcı gücünü azaltmaqdır. Bildirilir ki, layihənin həyata keçirildiyi ərazilərdən biri 2011-ci ildə güclü zəlzələ və sunamidən ciddi zərər görən Fukusima prefekturasının Minamisoma şəhəridir. 2026-cı ildə keçirilən ağacəkmə aksiyasında 1 mindən çox könüllü iştirak edib və qum təpələri boyunca 12 mindən çox ting əkilib.

Layihədə 20-dən çox yerli ağac və kol növünün bir-birinə yaxın əkilməsi ilə sıx və çoxqatlı meşə zolağının yaradılması nəzərdə tutulur.

Related Articles

Bir cavab yazın

Back to top button