Ölkə

“Fənərbaxça” ulduz futbolçu ilə yollarını ayırdı

“Fənərbaxça” Çağlar Söyüncü ilə yollarını ayırıb.

AZERFAX.AZ xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. Klubun rəsmi açıqlamasında Söyüncünün 2023/24 mövsümünün qış transfer dönəmində komandaya qoşulduğu bildirilib. Məlumata görə, tərəflər müqavilənin ləğvi ilə bağlı razılığa gəliblər. Fənərbaxça futbolçuya karyerasının bundan sonrakı mərhələsində uğurlar arzulayıb.

Bildirilir ki, təcrübəli müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək. Söyüncünün “Çorum FK”ya transfer olunacağı qeyd edilir.

Related Articles

Bir cavab yazın

Back to top button