Ölkə
Gəncədə qəza oldu, xəsarət alanlar var


Gəncədə yol qəzası baş verib.
AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncədə 3 nəfərərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Nizami prospektində qeydə alınıb. “Changan Uni -Z” markalı “Hundai” markalı maşınla toqquşub. İlkin məlumata görə, qəza zamanı 1998 cil təvəllüdlü Ofelya Hüseynova, 2021 ci il təvəllüdlü J. Hüseynova və 2019 cu il təvəllüdlü U. Məmmədoca müxtəlif bədən xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib. Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma başlanılıb.



