Ölkə

Gəncədə zəncirvari qəza: xəsarət alan var

Gəncədə zəncirvari yol qəzası baş verib.

AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Qəza zamanı “Mercedes” markalı avtomobilin sürücüsü zəncirvari qəza törədib. Nəticədə sözügedən avtomobillə yanaşı “Cevrolet” “BYD” və “VAZ 21015” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1997-ci il təvəllüdlü Məhluqə Həsənova xəsarət alıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button