Ölkə
“Google” Azərbaycanda axtarış sistemləri bazarında liderliyini gücləndirib

Bu ilin iyun ayında Azərbaycanda kompüter, mobil cihaz və planşetlərdə “Google” axtarış sisteminin bazar payı 98,51 faiz təşkil edib.
AZERFAX.AZ xəbər verir ki, bu göstərici may ayı ilə müqayisədə 4,32 faiz bəndi, 2025-ci ilin iyun ayı ilə müqayisədə isə 18,62 faiz bəndi çoxdur.
“Yandex”in bazar payı 0,78 faizə düşüb. Bu, aylıq müqayisədə 3,83 faiz bəndi, illik müqayisədə isə 17,09 faiz bəndi azalma deməkdir.
“Bing”in payı 0,6 faiz, “DuckDuckGo”nun payı 0,06 faiz, “Yahoo”nun payı isə 0,05 faiz təşkil edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



