Ölkə

“Qələbə qazana bilərdik” – Abdulla Xayballayev

“Qarşılaşmanın müəyyən hissəsi bərabər səviyyədə keçdi”.

AZERFAX.AZ xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Abdulla Xaybullayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Borussiya Dortmund”a qarşı keçirilən və 1:2 hesabı ilə başa çatan matçdan sonra deyib.

Futbolçu rəqibin güclü olduğunu, lakin komandalarının qələbə qazanmaq şansının da yarandığını bildirib.

“Rəqibin güclü olacağını bilirdik. Buna baxmayaraq, özümüzə inanırdıq. Düşünürəm ki, qalib də gələ bilərdik, amma alınmadı. Sonda rəqibin təcrübəsi və səviyyəsi həlledici oldu”, – deyə o qeyd edib.

A.Xaybullayev ölkə çempionatının növbəti turunda “Qarabağ”la keçiriləcək qarşılaşmaya da toxunub. Onun sözlərinə görə, komandanın yorğunluğu hiss oluna bilər və heyətdə müəyyən rotasiyalar edilməsi mümkündür.

“Lakin hələ qarşıdakı oyuna vaxt var”, – deyə futbolçu. əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button