Ölkə

Göyçayda “Zəfər Konserti” keçirilib – FOTO

Göyçay şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə möhtəşəm bayram konserti təşkil olunub.

AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, şəhərin Heydər Əliyev adına prospektində Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş konsert proqramı keçirilib.

Keçirilən tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, idarə-müəssisələrin rəhbərləri və əməkdaşları, dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər eləcə də çoxsaylı rayon sakinləri iştirak ediblər.

Konsert proqramı zamanı vətənpərvərlik ruhunda musiqilər səsləndirilib, iştirakçılara bayram əhval-ruhiyyəsi yaşadılıb.

Konsertin sonunda atəşfəşanlıq olub.

Related Articles

Bir cavab yazın

Back to top button