Ölkə
“Sabah” “Şamaxı”nı, “İmişli” “Sumqayıt”ı qəbul edəcək


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun son iki oyunu keçiriləcək.
AZERFAX.AZ xəbər verir ki, ilk qarşılaşmada “İmişli” “Sumqayıt”ı qəbul edəcək. Turun son matçında isə “Sabah” doğma meydanda “Şamaxı” ilə üz-üzə gələcək.
Misli Premyer Liqası, XI tur
8 noyabr
15:00. “İmişli” – “Sumqayıt”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov, Cavid Cəlilov (VAR).
Yevlax şəhər stadionu.
17:30. “Sabah” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı, Rəvan Həmzəzadə (VAR).
“Sabah Arena”.



