Ölkə

Güclü külək nəticəsində xəsarət alanların sayı artıb

Bakıda əlverişsiz hava şəraiti ilə əlaqədar iyulun 27-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dörd çağırış qeydə alınıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub.

Güclü külək nəticəsində 4 nəfər (2 kişi, 2 qadın) xəsarət alıb.

Onlardan 2 nəfər (1 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 1 nəfərin (kişi) müalicəsi KTM-in Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

1 nəfərə isə (qadın) zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

2 nəfər isə Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

12:04

Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə iki çağırış qeydə alınıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub.

Saat 07:55 radələrində Səbail rayonu, Xəqani küçəsi ərazisindən qeydə alınan çağırış zamanı təcili tibbi yardım briqadası tərəfindən bir qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Saat 10:25 radələrində Nizami rayonu, Atletlər kəndi ərazisindən qeydə alınan çağırış zamanı isə bir kişi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Related Articles

Bir cavab yazın

Back to top button