Ölkə

Həmin top 3,3 milyona satıldı

Dieqo Maradonanın 1986-cı il Dünya Kubokunda İngiltərəyə qarşı vurduğu məşhur “Tanrının əli” qolunun qeydə alındığı matçda istifadə olunan top hərracda 3,3 milyon dollara satılıb.

AZERFAX.AZ xəbər verir ki, ABŞ-də təşkil olunan hərracda satılan topun əvvəlcədən təxminən 10 milyon dollara alıcı tapacağı gözlənilirdi.

Qeyd edək ki, Argentina həmin matçda İngiltərəni 2:1 hesabı ilə məğlub edib və Maradona ilk qolu əli ilə qapıçı Piter Şiltonun üzərindən aşıraraq vurub. Dieqo Maradona sonradan qol barədə “bir az Maradonanın başı, bir az da Tanrının əli” ifadəsini işlədib. Maradona həmin qarşılaşmada beş ingilis futbolçusunu və Şiltonu keçərək “əsrin qolu” adlandırılan ikinci qolunu da vurub. Matçın tunisli hakimi Əli Bin Nasser oyundan sonra Adidas Azteca topunu özü ilə apararaq 30 ildən çox saxlayıb. Bin Nasser 2023-cü ildə imzaladığı sənədlə həmin topun matçda istifadə edilən yeganə top olduğunu təsdiqləyib və bu fakt müstəqil yoxlamalarla da təsdiqini tapıb.

Bin Nasser topu ilk dəfə 2022-ci ildə 2,37 milyon dollara satıb, lakin yeni sahibinin 2023-cü ildə təşkil etdiyi təkrar satışda tələb olunan minimum qiymətə təklif verilməyib. Maradonanın həmin oyunda geyindiyi forma isə 2022-ci ildə hərracda 7,1 milyon funt sterlinqə satılıb.

Related Articles

Bir cavab yazın

Back to top button