AZERFAX TV

Norveç Aİ-nin planına qarşı çıxır

Norveç Avropa İttifaqının Barens dənizində qazma işlərinə moratorium tətbiq etmək planına baxmayaraq, regionda neft və qaz yataqlarının işlənməsini davam etdirəcək.

AZERFAX.AZ xəbər verir ki, bu barədə ölkənin energetika naziri Terye Osland “Reuters”ə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, mövcud geosiyasi və təhlükəsizlik vəziyyəti Barens dənizində hasilatın davam etdirilməsini həm Norveç, həm də Avropa üçün vacib edir. O, yataqların işlənməsinin Norveçin suveren hüququ olduğunu vurğulayıb.

Osland Aİ-nin Norveçin mövqeyini anlayışla qarşıladığına əmin olduğunu deyib. Onun sözlərinə görə, Norveç hasilatı davam etdirəcək, bundan sonra isə Aİ Norveç neft və qazının idxalına məhdudiyyət tətbiq edib-etməməyə qərar verəcək.

Qeyd edək ki, Aİ-nin yeni Arktika strategiyasının sentyabrın sonunadək açıqlanması gözlənilir. Norveç isə Arktikada yeni neft-qaz quyularının qazılmasına moratoriumun qarşısını almağa çalışır. Ölkə hazırda Aİ-nin əsas qaz tədarükçüsüdür.

Related Articles

Bir cavab yazın

Back to top button