İsti havanın Almaniyaya zərəri 36 milyard avronu keçdi


Almaniyada bu il yaşanan həddindən artıq isti və quraqlığın ölkə iqtisadiyyatına zərərinin ən azı 36 milyard avro olduğu açıqlanıb.
AZERFAX.AZ xəbər verir ki, “Greenpeace”in məlumatına görə, kənd təsərrüfatında məhsul itkisi, meşə yanğınları, artan səhiyyə xərcləri və istehsalın azalması iqtisadiyyata ciddi zərər vurub. 36 milyard avroluq itki Almaniyanın ümumi daxili məhsulunun təxminən 0,8-0,9 faizinə bərabərdir.
Bildirilir ki, ən böyük maliyyə itkisi isə biznes və istehsal sahələrində qeydə alınıb. Yay ərzində yaşanan təxminən 25 ekstremal isti gün əmək məhsuldarlığının azalmasına və istehsalın dayanmasına səbəb olaraq 10,8 milyard avro zərər yaradıb. Quraqlıq və yanğınlar nəticəsində meşələrə dəyən ziyanın 5-7,5 milyard avro arasında olduğu bildirilib.



