Ölkə

Hacıqabulda qadın qətlə yetirildi – Qardaşı saxlanıldı

Hacıqabul şəhərində 19 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs qismində qardaşı saxlanılıb.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hacıqabul şəhər sakini, 2007-ci il təvəllüdlü Qocayeva Zeynəb Cəlal qızı minik avtomobilində bıçaqla qətlə yetirilib.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Qadının qətlində şübhəli şəxs qismində qardaşı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button