Ölkə
İngiltərə nəhəngi İkardi ilə bağlı qərar verdi


“Tottenhem” “Qalatasaray”dan ayrılan Mauro İkardinin transferi ilə bağlı qərar verib.
AZERFAX.AZ xəbər verir ki, İngiltərə klubu argentinalı hücumçunu heyətinə qatmaq fikrindən vaz keçib. Məlumata görə, klub 25 nəfərlik Premyer Liqa heyətini artıq təqdim edib və ilin sonuna qədər siyahıda dəyişiklik edə bilməyəcək. Bundan başqa, İkardinin yüksək maaş tələbinin də transferdən geri addım atılmasında rol oynadığı bildirilir.
Məlumata görə, hazırda azad agent statusunda olan hücumçu üçün ən real variant İtaliya A Seriyasıdır. İkardinin adı daha əvvəl “Everton”la da hallanıb.



