Ölkə

İntensiv yağış bu rayonlarda evləri su altında qoydu

İntensiv yağışlar nəticəsində Zaqatala, Balakən və Ağstafa rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və digər ərazilərə su dolması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzi, Mülki müdafiə qoşunları və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri zəruri tədbirlərin görülməsi üçün dərhal ərazilərə cəlb olunub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su dolmuş yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button