Ölkə

İran bu ölkə ilə hava əlaqəsini bərpa edir

İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında kommersiya aviareyslərinin bu həftədən etibarən bərpa olunacağı gözlənilir.

AZERFAX.AZ Modern.az-a istinadən xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının sözçüsü Məcid Əhvan məlumat verib.

Onun sözlərinə görə, qərar iki ölkənin aviasiya qurumları arasında aparılan danışıqlar və diplomatik səylər nəticəsində qəbul edilib:

“İlk mərhələdə İran aviaşirkətləri BƏƏ-nin aviasiya qurumlarından zəruri razılıq və koordinasiya əldə etdikdən sonra bu ölkəyə uçuşları bərpa edəcək. İkinci mərhələdə isə bütün tənzimləyici prosedurlar tamamlandıqdan sonra BƏƏ aviaşirkətləri İrana reysləri yenidən həyata keçirəcək. Bununla da iki ölkə arasında hava nəqliyyatı tam bərpa olunacaq”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button