İran sülh üçün şərtini açıqladı


ABŞ-nin İslamabad memorandumunda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi regionda vəziyyətin normallaşmasına yol aça bilər.
AZERFAX.AZ xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi belə deyib. Məlumata görə, Əraqçi yaponiyalı həmkarı Motegi Toşimitsu ilə telefon danışığı zamanı regional vəziyyəti müzakirə edib. Əraqçinin sözlərinə görə, hazırkı gərginlik ABŞ tərəfinin İslamabad memorandumundakı öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır. O, Omanla Hörmüz boğazı məsələsinə də toxunaraq, ərazidən keçid üçün müvəqqəti nəqliyyat marşrutunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu deyib.
Məlumata görə, Motegi isə Hörmüz boğazında təhlükəsiz və sərbəst hərəkətin təmin olunması üçün region ölkələri arasında davamlı diplomatik əlaqələndirmənin vacibliyini vurğulayıb.



