Ölkə

İran yeni tələblərini ABŞ-yə təqdim etdi

İran rəhbərliyi Hörmüz boğazı ilə bağlı şərtlərini Pakistan vasitəsilə ABŞ-yə çatdırıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyinə danışıqlar heyətinə yaxın mənbə məlumat verib. Bildirilib ki, Pakistan Quru Qoşunlarının komandanı, marşal Asim Münirin İrana səfəri ABŞ-dən hər hansı təhdid mesajının çatdırılması məqsədi daşımayıb.

Səfərin əsas məqsədinin danışıqların davam etdirilməsi və İranın mövqeyinin Vaşinqtona çatdırılması olduğu qeyd edilib. İranın əsas şərtlərindən biri ABŞ-nin İslamabad razılaşmasına qayıtması və onun müddəalarını yerinə yetirməsidir.

Related Articles

Bir cavab yazın

Back to top button