Ölkə
İsmail Kartal istefa verdi


“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal Çempionlar Liqasında “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra istefa verdiyini açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, Kartal qarşılaşmadan sonra keçirilən mətbuat konfransında komandanın oyunundan razı qaldığını bildirib. Mütəxəssis futbolçularının verdiyi tapşırıqları yerinə yetirdiyini və komandanın Çempionlar Liqasına layiq futbol nümayiş etdirdiyini deyib. Kartal həmçinin bu qərardan sonra “Fənərbaxça”ya bir daha qayıtmayacağını deyib və futbolçulara təşəkkür edib.
Qeyd edək ki, İsmail Kartalın rəhbərliyi altında “Fənərbaxça” 11 oyunda 6 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət əldə edib.



