Ölkə

İspaniya Aİ-dən miqrasiya ilə bağlı həmrəylik tələb etdi

İspaniya Avropa İttifaqı ölkələrindən qeyri-qanuni miqrasiya ilə bağlı həmrəylik tələb edəcək.

AZERFAX.AZ xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares açıqlama verib. O bildirib ki, məsələ Aİ-yə üzv 27 ölkənin daxili işlər nazirləri və Avropa Komissiyası ilə keçiriləcək görüşdə müzakirə olunacaq. Albares Seutaya qeyri-qanuni miqrant axınının artmasından sonra Avropa tərəfdaşlarından dəstək gözlədiklərini qeyd edib. O, bəzi qüvvələrin miqrasiya məsələsi ilə bağlı yanlış məlumatlar yaydığını iddia edib. Nazir Mərakeşin böhranın həlli istiqamətində əvvəldən əməkdaşlıq etdiyini də vurğulayıb.

Qeyd edək ki, iyulun 30-da Mərakeşin Fenidek sahillərindən Seutaya keçməyə çalışan 800-dən çox qeyri-qanuni miqrant saxlanılıb. Hadisədən sonra İspaniya hökuməti bölgədə təhlükəsizliyin təmin olunması üçün bütün imkanlarını səfərbər edib. Mərakeşdən İspaniyaya keçməyə cəhd edən miqrantlar arasında ölənlərin sayının 88-ə çatdığı bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button